17 Iyun 2023 18:30
1724
MƏDƏNİYYƏT

Cahan şahın sevgi əfsanəsi:Ecazkar Mümtaza “Tac Mahal”

Mən özüm görməmişəm, amma görənlər də deyir, yazanlar da yazıb ki, Tac Mahal Hindistanın ən dəyərli tikililərindən biri, türk-islam memarlığının göz bəbəyi, Hindistanın Aqra şəhərində sevgi üçün tikilmiş, aydan da parlaq, dünyanın ən böyük və ən gözəl abidəsi sayılır. Hətta yazanlar da, deyənlərdə qərar verb ki, bu 7 möcüzəsindən biri olacaq qədər dəyərlidir, cavabını eşidəcəyiniz nadir əsərlərdəndir.


Adalet.az xəbər verir ki, 17 iyun 1631-ci ildə Babur imperatoru Cahan şahın həyat yoldaşı Mümtaz Mahal doğuş zamanı vəfat edib. Sonralar onun xatirəsinə Tac Mahal məqbərəsi ucaldıldı ki, bu abidə 22 (bəzi mənbələrdə 20 il) ilə tamamlandı.Bir sözlə, bu gün bu abidəni tikən, “tikməyə vadar edən” və abidə haqqında oxuculara məlumatlar təqdim ediləcək.

Ecazkar Ərcüment Banu necə Mümtaz Mahal oldu

 

Məlumatlarda deyilir ki, "Tac Mahal" Moğol İmperiyasının altıncı hökmdarı (Hindistan-Türkiyə İmperiyasının beşinci hökmdarı Teymurilər sülaləsi) Şah Cahan tərəfindən Yamuna (Cumna) çayının sahilində inşa edilib. O dövrdə imperiyanın paytaxtı olan Hindistanın Aqra şəhərində dünyasını dəyişən sevimli həyat yoldaşının şərəfinə tikdirib.


Cahan şah hələ 16 yaşında ikən Ərcüment Banu adlı qıza vurulur. Onunla evlənmək üçün evlənmək üçün 5 il gözləyir. Nəhayət Ərcüment Banu şahın 3-cü arvadı olaraq saraya gətirilir. Banu nəinki həyat yoldaşının eləcə də bütün imperiyanın qəlbini fəth etmiş gözəlliyi, zəkası və xeyirxahlığı ilə bütün imperiyanın qəlbini fəth edir.

 

Elə buna görə də, ona Mümtaz (seçilmiş, başqalarından seçilən; imtiyazlı -ərəb sözü) Mahal adı verilir. Beləliklə, Cahan şah həyat yoldaşını əbədi bir sevgi ilə sevməyə başlayır:Hara, hansı ölkəyə gedir getdiyi yerə onu da aparır , Mümtaz Mahalın fikrinə, zövqünə önəm verir. Sevildikcə sevilir xatun. Bu izdivacdan cütlüyün 13 uşağı olur. Cahan şahın sevimli zövcəsi 1631 -ci ildə 14-cü övladını dünyaya gətirərkən vəfat edir.

 Tac Mahal : Dünyanın 7 möcüzəsinə alternativ tikili

 


8 gün yemək-içməyi dayandıran və otağından çıxmayan şah sevgilisini yaşatmaq xatirinə doqquzuncu gün eyvana çıxır. Onu görənlər heyrətdən içini çəkir 1 həftə ərzində şah sanki 100 ilin qocasına dönmüşdü.Saçları dümmağ ağarmış, gözləri çuxura düşmüş, bənizi solmuşdu. Mümtaz Mahalın adını əbədi yaşatmaq üçün Tac Mahalı türbəsini mükəmməl şəkildə tikdirməyi elə anlarda qarşısına məqsəd qoyur.


1653-cü ildə tamamlandıqda 32 milyon rupi xərclənir. Bu, indiki pulla təxminən 1 milyard dollar deməkdir. Həmçinin yüz minlərlə əqiq, sədəf və firuzə ilə basdırılmış "Tac Mahal"ın divarlarında 42 zümrüd, 142 yaqut, 625 almaz və 50 çox iri mirvari var. İş o yerə çatıb ki, "Tac Mahal"ın 22 Türbəni bəzəyən günbəzlər qızıl suyu çəkilmiş fiqurlarla tamamlanıb. Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü 35 metrdir. Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır. Saray ümumən 1,2 hektar ərazidə yerləşir. Binanın içərisində və xaricində olan bəzəklərdə Qurandan çoxlu ayələr var.
illik tikintisində 20 mindən çox işçi gecə-gündüz çalışıb. Memar Sinanın tələbələrindən olan memar Mehmet İsa Əfəndi və onun dəstəsi İstanbuldan dəvət edilib.

 



Əfsanəyə görə, Camna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini birləşdirmək üçün çayın üzərindən boz mərmərdən körpü çəkilməli idi. Amma Cahan şah bu niyyətini həyata keçirməyə macal tapmır.
Tac-Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Cahan şahı devirir və onu Qırmızı qalaya salır. Ölümündən sonra onu sevimli xanımının yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içindədir.
XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı yenidənqurma işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.

Tac-Mahal Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.

 Əntiqə Rəşid