«XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ» bədii qiraət müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 03–04 noyabr 2025-ci il tarixlərində 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5 illiyinə həsr olunan “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” adlı bədii qiraət müsabiqəsi keçirildi.
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində baş tutan müsabiqənin ilk günündə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Füzuli Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam, Qazax, Qusar, Lənkəran Dövlət Dram Teatrları, Salyan Dövlət Kukla Teatrı, Şəki Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edən iştirakçılar səhnəyə çıxıb öz çıxışlarını təqdim etdilər.
Münsiflər heyətinə Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, aktyor-pedaqoq Məhəmməd Verdizadə və mədəniyyətşünas Aidə Qafarova daxil idi. Onlar Şanlı Zəfər tariximizi əks etdirən bədii nümunələri canlı dinləyib yekun qərar verdilər.
Nəticələrə əsasən “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” bədii qiraət müsabiqəsində aşağıda adları çəkilən iştirakçılar diplom və pul mükafatına layiq görüldü:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidməti, “Azərbaycan Ordusu” qəzetinin müxbiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Şəlalə Dünyamalıyeva (Şəlalə Camal);
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Kənan Hüseynov;
Akademik Rus Dram Teatrının aktyoru Mirzəağa Axundzadə və aktrisası Fidan Ağaverdiyeva;
Milli Gənc Tamaşaçılar Teatrının aktrisaları Nəsibə Canəliyeva və Xalidə Şərifova;
Bakı Bələdiyyə Teatrından Günel Həmidova;
Şuşa Dövlət Musiqili Dram Teatrından Rəhimə Məmmədova;
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Tamilla Həsənova;
Naxçıvan Dövlət Milli Dram Teatrından Nəsimi Məmmədzadə,
Naxçıvan Dövlət Kukla Teatrından Əfqanə Ələsgərova;
Füzuli Dövlət Dram Teatrından İntizar Quliyeva;
Sumqayıt Dövlət Dram Teatrından Əjdər Zeynalov və Rauf Ağakişiyev;
Salyan Dövlət Kukla Teatrından Mirxədicə Mirzəyeva və Nurlan Məlikov;
Ağdam Dövlət Dram Teatrından Ramil Hüseynzadə;
Qazax Dövlət Dram Teatrından Məlahət Vəliyeva;
Qusar Dövlət Ləzgi Dram Teatrından Ramella Rzayeva;
Qax Dövlət Gürcü Dram Teatrından rejissor Leri Sioşvili;
Lənkəran Dövlət Dram Teatrından Allahverən Babayev;
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzindən Elvin Nüsrətoğlu və Sələmə Məhərrəmova.
04 noyabrda keçirilən mükafatlandırma mərasimində İttifaqın sədri Hacı İsmayılov çıxış edib iştirakçıları salamladı, onları təbrik etdi və təşəkkürünü bildirdi. Daha sonra Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal və Məhəmməd Verdizadə çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin əhəmiyyətindən və müsabiqənin mənəvi dəyərindən danışdılar. Diplomlar təqdim olundu, sonda isə xatirə şəkilləri çəkildi.
Digər Xəbərlər
04 Noyabr 2025 11:01
Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
31 Oktyabr 2025 18:05
Xalq artisti xəstəxanaya yerləşdirildi
31 Oktyabr 2025 17:22
“Dünyanı uşaqlara verək!”
30 Oktyabr 2025 15:21
Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
30 Oktyabr 2025 08:26
Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
28 Oktyabr 2025 11:49
Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05
Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28


Bakı -°C

