Xarici universitetlərdə Zəfər Gününə həsr olunan tədbirlər keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə Pakistanın Müsəlman İnstitutunda “Azərbaycan-Pakistan Dostluğu: Zəfər Gününün beşinci illiyi” mövzusunda seminar keçirilib. Tədbirdə Pakistanın keçmiş xarici işlər katibi Naela Çohan, İslamabad Xarici Xidmətlər Akademiyasının keçmiş direktoru Taraq Vahid, Azərbaycan Respublikasının İslamabaddakı səfirliyinin missiya rəhbərinin müavini Samir Əhmədli, admiral Seyid Faysal Əli Şah Hilal-e-İmtiaz və Pakistan Müsəlman İnstitutunun tədqiqatçısı Asif Tanvir çıxış ediblər. Çıxışçılar bildiriblər ki, Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri dərin köklərə malikdir. Onlar əsrlər boyu davam edən bu münasibətlərin mənəvi və mədəni ortaqlığa əsaslandığını vurğulayıblar. Diqqətə çatdırıblar ki, bu şanlı Zəfər Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və vətəninə olan dərin bağlılığının təntənəsidir. Xalqın, dövlətin və ordunun sarsılmaz iradəsinin, əzminin və qətiyyətinin təcəssümüdür.
“Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Ərciyəz, Bolqarıstanın K.Oxridski adına Sofiya, Rumıniyanın Aleksandr İoan Kuza, Moldova Dövlət Pedaqoji universitetlərində də Zəfər Gününə həsr edilən seminarlar keçirilib.
Rumıniyanın Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Orxidski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Türkiyədə Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi, Şanlı Zəfərimiz haqqında ətraflı məlumat veriblər. Tədbirlər zamanı iştirakçılara Vətən müharibəsinin gedişi, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin multikultural və tolerant dəyərlərin bu prosesdəki rolu barədə təqdimatlar edilib.
Qeyd edək ki, BBMM-in 2015-ci ildən həyata keçirdiyi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində bugünədək dünyanın 28 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.
Digər Xəbərlər
04 Dekabr 2025 21:12
Leyla Əliyeva sərgidən PAYLAŞIM ETDİ - VİDEO
03 Dekabr 2025 19:42
Kukla Teatrının “Sevgiyə açılan qapı”ları
02 Dekabr 2025 16:11
"Sözün sehrinə sığınan adam"
01 Dekabr 2025 13:59
“Bizi toylarımızda cəzalandırırlar...” – Şeyx Əbdül
30 Noyabr 2025 13:46
Laçında "MDB-nin Mədəniyyət Paytaxtı – 2025"in bağlanış mərasimi keçirilib
29 Noyabr 2025 12:30
Laçın MDB-nin mədəniyyət paytaxtı missiyasını başa vurur
29 Noyabr 2025 09:49
Əyyub Quliyevə vəzifə verildi
28 Noyabr 2025 14:06


Bakı -°C

