Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Adalet.az xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunan tamaşanın nümayişində Leyla Əliyeva da iştirak edib.
Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır.
Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.
Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.
Qeyd edək ki, "Neft bumu hamıya gülümsəyir" festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.
Digər Xəbərlər
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50
"Nənəm öldüyü gün evini taladılar" - Xalq artistinin ailəsində qalmaqal - VİDEO
25 Fevral 2026 14:03
Dinləyin, ruhunuz təzələnsin... - VİDEO
25 Fevral 2026 13:52
AĞDAM TOYU - RƏMİŞ YANĞISI - VİDEO
25 Fevral 2026 13:43
“Sən şoumen yox, meymunsan” - Şeyx Əbdül “od püskürdü”
25 Fevral 2026 12:51
Cahangir Cahangirov adına 90 yaşlı Dövlət Xoru - Kamalə Abiyeva yazır
23 Fevral 2026 13:47


Bakı -°C

