“Addım-addım vətəndə” layihəsi Gəncədə
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir.
Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin altıncı səfəri Gəncə Dövlət Milli Dram Teatrı ilə birgə Gəncədə həyata keçirilib. Layihənin bu dəfəki tədbiri Xocalı soyqırımının ildönümündə keçirilib.
Öncə Azərbaycan Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra aparıcılar- Gəncə Dövlət Milli Dram Teatrından teatrşünas-tənqidçi Anar Bürcəliyev, Bakı Uşaq və Gənclər Teatrından Mehman Piriyev cıxış edərək, hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat veriblər.
Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri Əməkdar artist, rejissor, aktyor İntiqam Soltan və Gəncə Dövlət Milli Dram Teatrından rejissor Elşad Əhmədov çıxışlarında layihə haqqında danışıblar.
Layihənin davamı olaraq Gəncə Dövlət Milli Dram Teatrının gənc aktyoru Murad Meyfəliyevin qələmə aldığı həmçinin quruluş verdiyi “Zəfər” tamaşası və Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan, ideya müəllifi həmçinin quruluşçu rejissoru olan, Əməkdar artist İntiqam Soltanın “Vətən” tamaşası nümayiş olunub.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı adından təşəkkürnamə təqdim edilib. Həmçinin Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən Bakı Uşaq və Gənclər Teatrı fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı, Quzanlıda Ağdam Dövlət Dram Teatrı, Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festivalla yekun vurulması planlaşdırılır.
Digər Xəbərlər
21 Oktyabr 2026 11:41
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026 11:30
XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı
20 Oktyabr 2026 18:19
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR
20 Oktyabr 2026 16:23
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
20 Oktyabr 2026 12:03
Bakıda Türkiyə-Azərbaycan Dostluq Konserti keçirildi - FOTOLAR
19 Oktyabr 2026 13:59
"44" bədii filminin növbəti tizeri yayımlanıb - VİDEO
19 Oktyabr 2026 12:13
Alyona Əliyeva konsertdə - FOTOLAR
17 Oktyabr 2026 17:24


Bakı -°C

