“Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır...”
“Dünya bazarında Azərbaycan neftinin hər bareli 100 dollardan baha təklif edilir. Neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi?2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Təbii ki, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlər ilə müqayisə etmək olmaz”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, söhbət illik orta qiymətdən gedir:
“Bununla belə, "Statista"nın hesablamarına görə, bu ilin yanvar ayında Brent markalı neftin bir barelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FRED isə orta qiymətlərin uyğun olaraq 66.6 və 70.8 dollar olduğunu bəyan edib. Göründüyü kimi, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymət büdcədə nəzərdə tutulandan cüzi fərqlənib. Bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib.2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transferləridir. Göründüyü kimi, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək”.
Onun sözlərinə görə, qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır:
“Fondun transferləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin qiyməti ilə o məbləğin birbaşa əlaqəsi olmur. Amma yüksək qiymətlər Neft Fondunun gəlirlərinin və eləcə də valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Deməli, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq.Aydındır ki, dövlət büdcəsinin gəlirlərinin artması milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərimizin bərpası, sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Daha çox gəlir, daha çox fiskal xərcləmə deməkdir. Bu eyni zamanda, qeyri neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatı da gücləndirir. Təbii ki, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır. Bütün hallarda isə, enerji ölkələri üçün yüksək neft qiyməti, daha çox valyuta gəliri deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Aprel 2026 10:51
Azərbaycanda dollarlaşma azalır
14 Aprel 2026 10:38
Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB
14 Aprel 2026 10:10
Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdirib – Millət vəkili
13 Aprel 2026 17:02
Ötən il aktivlər və kredit portfelləri üzrə təmərküzləşmə azalıb
13 Aprel 2026 12:44
"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat
13 Aprel 2026 12:29
"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat
13 Aprel 2026 12:13
"Proseslərin elektronlaşması problemi tam həll etmir" - Vüqar Gülməmmədov
13 Aprel 2026 11:33


Bakı -°C

