“Sən şoumen yox, meymunsan” - Şeyx Əbdül “od püskürdü”
“Televiziya nəzarətə götürülməlidir. Yenidən seçilib, formalaşmalıdır. Konkret olaraq televiziyaların qarşısına məqsəd qoyulmalıdır. Kim hansı mövzuda işləməlidir, kim hansı problemləri işıqlandırmalıdır, efirlərə kimlər dəvət olunmalıdır- bütün bunlar ciddi şəkildə müzakirə olunmalıdır. Gülməli kinolar, əxlaqsızlığı təbliğ edən proqramlar, əttökən oxuyanlar- hamısı televiziyadadır. Aləm qarışıb bir- birinə”.
Bu sözləri Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib:
“Bu gün efirlər dözülməz haldadır. Əndamlı, əndamsız, əxlaqlı, əxlaqsız, səsi olan, səsi olmayan -hamısı efirlərdədir. Bu mövzuda ən çox danışan, bu vəziyyətə ən çox müdaxilə edən mənəm. Demişdim ki, studiyaya piano gətirəcəm. Oxuyanların musiqi duyumunu yoxlayacam. Əgər xaric oxumurlarsa, buyursunlar. İndi başlayıblar canlı ifa etməyə, hamısı qışqırır. Daha başa düşmürlər ki, oxumaq həzin, lirik səsi olan insanlar üçündür. Onsuzda kim ağzın açıb- gözün yumsa, ondan bir səs çıxır. İndi oxuyanların böyük əksəriyyəti muğmatı şikəst edirlər. Çoxu nə oxuduğunu da anlamır. Ritmə, mahının avazına qəribə müdaxilələr edirlər. Bunların əsas səbəbi isə televiziyaya nəzarətin olmamasıdır.Belə bir misal var, “Dərə yiyəsiz olanda donuz təpəyə çıxar”. Elə bil televiziyanın bu günü üçün deyilib.
Televiziya sistemi Azərbaycanın ən möhtəşəm, ən təhlükəli və ən lazımlı ideoloji kütləvi təbliğat vasitəsidir. Çox ciddi sürətdə nəzarətə götürülməlidir. Senzura mütləq olmalıdır. Niyə olmasın senzura?! Dərəbəylikdir ki, kim nə istədi danışsın?!Aparıcılar, proqramlara dəvət olunanlar yoxlanılmalıdır, sonra efirə buraxılmalıdır. Proqramda danışılacaq mövzular əvvəldən müəyyən olunub, müzakirə olunmalıdır.Bu gün Azərbaycan televiziyası manısların toy tutmaq məkanına çevrilib. Kim toya gedib pul qazanmaq istəyirsə, orasın- burasın düzəldib 2-3 fonoqram ilə, mənasız rəqslərlə efirləri “bəzəyir”.Bunlar hamısı xalqı aldatmaq üçün təşkil olunmuş şoulardır. Dindirsən, deyəcək şoumenəm. Sən şoumen yox, meymunsan.Hamısı özülərinə şoumen deyirlər. Amma heç bilmirlər ki, şoumen nə deməkdir.Şoumenlik böyük mədəniyyət sahəsidir, bir elmdir. Michael Jackson isə ən böyük nümayəndələrindən biridir. Şoumenliyin nə olduğun anlamayanlar Azərbaycanın efir məkanlarını bərbad hala gətirirlər”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

