“Canlıda eşitdik, 25-26 yaşlarında oğlan səsi idi” - Tələbələri şantaj edən kimdir?+ VİDEO
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur.
Adalet.az xəbər verir ki, naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb.
Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı deyir ki, vəziyyət fevralın 20-si axşam saatlarında onlara məlum olub:
“Bəzilərini isə heç bilmirik hardan götürüblər. Elə şəxslər vardır ki, heç profillərində şəkillərini paylaşmayıblar. Bizim xəbərimiz yoxdu ki, kimdir. Hələ ki, heç kim tapa bilmir. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi”.
İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələinə qarşı istifadə etməyə başlayıb.
“Hekayə bölməsində yazıb ki, pul atın kartıma. Tapıblar ki, mail Rusiyadan açılıb və birdəfəlik “gmail”dır”, - deyə tələbə əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tələbələrin müraciəti əsasında araşdırma başlanılıb.
Bakı Dövlət Universitetindən isə qeyd edilib ki, təhsil müəssisəsi tələbələrin müraciəti əsasında vəziyyətdən xəbər tutub.
“Hadisə hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Tələbələrə şantaj edən şəxsin kimliyi, onun niyə məhz hüquq fakültəsində oxuyanları hədəf alması isə məlum deyil.
Daha ətraflı İTV-nin süjetində:
Digər Xəbərlər
26 Fevral 2026 11:11
“Qəlpə adamın başını qopardı, üç dostumu əsir götürdülər” – Xocalıda sonuncu toyun bəyi
26 Fevral 2026 09:58
Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər davam edir
25 Fevral 2026 21:10
Prezident sakinin səhvini düzəltdi - "Mən 61-əm"
25 Fevral 2026 20:43
Prezident və ailəsi sakinlərlə görüşdü - FOTOLAR
25 Fevral 2026 19:45
İlham Əliyev Xocavənd şəhər və kənd sakinləri ilə görüşüb - YENİLƏNİB + FOTOLAR
25 Fevral 2026 16:53
Temperatur 8 dərəcə enəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB
25 Fevral 2026 15:03
Bir vaxt ayaqyalın keçdikləri Qarqar çayını belə ziyarət etdilər – FOTO
25 Fevral 2026 13:47


Bakı -°C

