Çarli Kirki öldürən şəxs güllələnmə ilə edam oluna bilər

ABŞ-ın baş prokuroru Pam Bondi mühafizəkar fəal Çarli Kirkin qətlinə görə Teyler Ceyms Robinsona qarşı federal ittihamları istisna etməyib.
Adalet.az-ın məlumatına görə, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Yuta dairə prokuroru ona birinci dərəcəli qətl ittihamı irəli sürüb:
"Onlar ölüm cəzasını tələb edəcəklər. Yutada o, güllələnmə ilə edam oluna bilər. Dövlət səlahiyyətliləri ona ittiham irəli sürüblər və biz federal ittihamları təqib edib-etməyəcəyimizi müəyyən etmək üçün onlarla yaxından işləyirik".
Bondi əlavə edib ki, prokurorluq bu adamın bir daha gün işığını görməməsi üçün mümkün olan hər şeyi edəcək.
Digər Xəbərlər

Tramp hədələdi: Əgər Əfqanıstan bazanı geri verməsə...

F-35 qırıcılarının Türkiyəyə satışı... – Yaşar Gülər

Pezeşkian: Nüvə obyektlərimizi vursalar, yenilərini tikəcəyik

Ukraynanın əhalisi günü-gündən azalır

"Ermənistanda məni satqın adlandırırdılar" - Paşinyan

Zelenski: Rusiya bu gecə Ukraynaya 600-ə yaxın PUA ilə hücum edib

Trampla görüşümüz regionumuzdakı münaqişələrin dayandırılmasına kömək edəcək
