"Ermənistanda məni satqın adlandırırdılar" - Paşinyan

"Ermənistanın bəsirətli xalqı sülh gündəminin, sülh siyasətinin əsl memarıdır və mənim buna heç bir şübhəm yoxdur".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli sənədi imzaladığım və müharibəni bitirdiyimə görə, satqın adlandırılıb.
"Bu mənim üçün əsl şok idi. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, insanların, o cümlədən kişilərin səsidir”, - Paşinyan bildirib.
Digər Xəbərlər

Ukraynanın əhalisi günü-gündən azalır

Zelenski: Rusiya bu gecə Ukraynaya 600-ə yaxın PUA ilə hücum edib

Trampla görüşümüz regionumuzdakı münaqişələrin dayandırılmasına kömək edəcək

Rusiya Dneprə zərbələr endirib - 1 ölü, 13 yaralı

"Artıq sülh müqaviləsini imzalamağa hazırıq" - Mirzoyan

Makron: Fransa sentyabrın 22-də Fələstin dövlətini tanıyacaq

Əl-Şaraa: Yaxın günlərdə İsraillə müqavilə imzalana bilər
