Casusluqda ittiham olunan iranlı aktrisa evində ölü tapıldı
Casusluq ittihamı ilə saxlanılan və daha sonra girov müqabilində sərbəst buraxılan iranlı dublyaj rejissoru və səs aktrisası Nilufər Həddadi vəfat edib.
Adalet.az xəbər verir ki, İran mediasının məlumatına görə, Həddadinin meyiti ölümündən bir neçə gün sonra evində aşkarlanıb.
Bildirilib ki, ilkin məlumata əsasən, onun ürək tutması nəticəsində öldüyü ehtimal edilir. Lakin məhkəmə-tibbi toksikoloji ekspertizasının nəticələri hələ açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Nilufər Həddadi aprelin sonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Ona qarşı "düşmən dövlətlərlə əməkdaşlıq" ittihamı irəli sürülmüşdü.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:51
Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
21 Sentyabr 2026 07:20
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
21 Sentyabr 2026 07:16
İtaliyada niqab qadağan edilir
21 Sentyabr 2026 07:15


Bakı -°C

