adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Iyun 2022 15:36
493
GÜNDƏM

Çauşyan “coşdu”: “Aqavnolular burdan çıxmayacaq, sərsəm Paşinyan isə ...”

Ötən yazılarımızda xəbər verdiyimiz kimi Livanlı erməni biznesmenlər 2013-cü ildə Gorus-Xankəndi avtomobil yolunun üzrərindəki Azərbaycan kəndi olan Zabuxda qanunsuz olaraq yeni qəsəbə saldılar. Zabux çayının sahilində yerləşən bu kənd Rusiya sülhməramlılarının nəzarət etdiyi “Laçın dəhlizi”ndədir. Ermənilər Zabuxu “Aqavno” adlandırırlar. Hazırda burada 300-ə yaxın erməni qeyri-qanuni şəkildə yaşamağa davam edir. Bunlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdi. Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsilə salınan qəsəbədə 150-dən çox ev tikilib. Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda onlayn keçirilən mətbuat konfransında Zabuxda məskunlaşmış erməniləri “cin atı”na mindirən açıqlama verdi: “Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”

Paşinyan hətta bildirdi ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq.

Çünki, "Laçın dəhlizi"nə alternativ olan yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol bu ilin yayında hazır olmalıdır. Yol hazır olandan sonra Rusiya sülhməramlı kontingenti "Laçın dəhlizi"ndən çıxacaq və yeni marşruta yerləşdiriləcək. Yəni “Aqavno” tamamilə boşalacaq və Azərbaycanın ixtiyarına veriləcək.
Adıgedən kənddəki icmanın “rəhbəri” Andranik Çauşyan əvvəllər bu haqda sussa da, artıq susmur və etiraz edir.


Adalet.az Armenia today-a istinadən xəbər verir ki, Andranik Çauşyan deyib ki, “artsax xalqı” evlərini tərk etməyəcək, lazım gəlsə bizi evdən çıxartmağa çalışan Ermənistan hökümətinə qarşı özünümüdafiə taktikasına keçəcəyik:” “Biz Nikol Paşinyanın sərsəm fikirlərindən, danışıqlarından bezmişik. İndi o, bizə evlərin tikiləcəyini və bizim bu kənddən köçürüləcəyimizi bəyan edib. Biz isə bir nəfər kimi buna narazıyıq. Biz burada qalacayıq. İrəvan üstümüzə polis, hərbiçi göndərsə, kənd camaatı özünümüdafiə taktikasını keçəcək. Biz Ermənistanın nəzarəti altında gələcəyimizi görmürük. Biz Paşinyana təslim olmayacayıq”,


Qeyd edək ki, ötən həftə “Hraparak” qəzeti yazdı ki, Xankəndidən Zabuxa gələn vəzifəli bir “məmur” erməni sakinləri ailələri ilə birlikdə kəndi tərk etməyə razı salmaq üçün icma rəhbərilə görüşüb. Köçün bu yaxınlarda gerçəkləşəcəyi gözlənilir.


Əntiqə Rəşid