Cavan Zeynallı: “Siz kimsiniz ki, cazı bəyənmirsiniz?!”
“Mən heç kəsə deyə bilmərəm ki, sən yaxşı piano çalmırsan, yaxşı oxumursan. Bunu desəm arvadlar üstümə töküləcək. Sevmirəm kimisə müzakirə etməyi. Heç kəslə işim yoxdur. Ancaq eşidirəm ki, haqqımda danışırlar. Deyirlər ki, Cavan Zeynallı az- az efirlərə çıxır. Haqqımda hər cür şaiyələr danışırlar. Bunları hardan düzüb-qoşurlar heç birindən xəbərim olmur”.
Bu sözləri Adalet.az-a açıqlamasında Xalq artisti Cavan Zeynallı söyləyib:
“Deyirlər ki, guya mənim qızım var. Mən onu evimə buraxmıram. Bunların hamısı ağ yalandır. O qız hardadır ki, mənim ondan xəbərim yoxdur. Bir xalq artisti üçün belə yalanları uydurmaq nə dərəcədə doğrudur? Mənim ömrümün yarıdan çoxu qostrollarda keçirdi. Şəxsi həyatımla bağlı, sənətimlə bağlı xoşagəlməz sözlər eşidirdim. Bir arvad deyirdi ki, Cavan Zeynallı kimdir ki? O nə oxuyandır ki? Mən xalq artistiyəm, sənətimi sevirəm. Və peşəmdən kifayət qədər anlayışım var. Heç bu sözləri demək olarmı? O arvadın adını bilmirəm və bilmək də istəmirəm. Belə xəstə adamlar çoxdur. Bəziləri deyir ki, bu caz nədir, gərəksizdir. Axı mən cazmenəm. Mən gözəl Azərbaycan mahnıları çalıram, gözəl mahnılar oxuyuram. Elə deyənlərə həmişə deyirəm ki, siz kimsiniz ki, cazı bəyənmirsiniz?! Cazın tarixi var”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
09 Noyabr 2026 20:00
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
09 Noyabr 2026 18:10
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
09 Noyabr 2026 11:31
“İki il boyunca o anı gözlədik” - “Şahzadə Mustafa”dan etiraf
08 Noyabr 2026 14:13
Ərinə görə övladının toyunu təxirə saldı
07 Noyabr 2026 21:10
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan
06 Noyabr 2026 13:39
"Həkim sevgini qadağan edib" - Cem Yılmaz
05 Noyabr 2026 21:56
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - VİDEO
05 Noyabr 2026 13:29


Bakı -°C

