Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək.
Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin birgə komitəsinin iclasında iştirak edəcək. O, fələstinli həmkarı Riyad əl-Maliki və ərəb dövlətinin başçısı Mahmud Abbasla da danışıqlar aparacaq. Eyni zamanda həmin gün İsrailə gedəcək və orada xarici işlər naziri Yair Lapid ilə görüşəcək.
Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Yerli media Türkiyə XİN rəhbərinin İsrailə səfərinin son 15 ildə rəsmi səviyyədə ilk səfər olacağına diqqət çəkir.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

