Çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, avtomat hidroloji stansiyaların mayın 5-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 43 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 4 sm, Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 33 sm, Təngərüdçay-Vaqoda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 21 sm, Quruçay-Böyük Tağlarda 9 sm, Tutqunçay-Comərd və Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.
Transsərhədd çaylarında Kür -Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm, su sərfi 720 m3/san normanın 100%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 19 sm, su sərfi 200 m3/san normanın 101%-ni təşkil edir.
Digər Xəbərlər
jpg-1746443754.jpg)
Vəng bizimdir, orada nəyi sökərik, nəyi tikərik, o da bizlikdir

Sabah 25 dərəcə isti olacaq

Bu məscid təmir ediləcək - SƏRƏNCAM

Nəsimi rayonundakı binada yaşayış olduğu halda söküntü aparılır - VİDEO

Leyla və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılığı ilə tanış oldular - FOTOLAR

Leyla Əliyeva Naxçıvandan yeni PAYLAŞIM ETDİ - VİDEO

Leyla Əliyeva “Əshabi-Kəhf”də - FOTOLAR
