Cəbrayılda əlləri bağlı kişi meyiti tapıldı
İyulun 20-də, saat 15 radələrində Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında, təxminən, 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.
Cəbrayıl Rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Meyitin xarici zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək vardır.
Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

