"Cəbrayılda mobil şəhərcik tikilib" - Mikayıl Cabbarov
"Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda mobil şəhərcik tikilib".
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.
“Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılmış Araz Vadisi İqtisadi Zonasının sənaye parkında mobil şəhərciyin tikintisi başa çatdırılıb”, - paylaşımda deyilir.
Nazir şəhərcikdə bütün lazımi infrastrukturun yaradıldığını vurğulayıb.
Onun sözlərinə görə, sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.
Digər Xəbərlər
17 Noyabr 2026 22:19
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
17 Noyabr 2026 18:28
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
17 Noyabr 2026 16:43
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17 Noyabr 2026 16:41
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
17 Noyabr 2026 15:52
Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş qrafiki belə olacaq
17 Noyabr 2026 15:29
Azərbaycanda yeni sosial islahat mərhələsi başlayır – Nazir
17 Noyabr 2026 15:26
Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
17 Noyabr 2026 11:21


Bakı -°C

