Cəlilabadda dava: iki nəfər bıçaqlandı
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb.
Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.