İmişlidə əməliyyat - Həbs edilənlər var
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb.
Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
17 Dekabr 2025 13:38
Mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO
17 Dekabr 2025 12:40
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
17 Dekabr 2025 10:55
Polis əməliyyat keçirdi: Saxlanılan var - VİDEO
16 Dekabr 2025 17:49
Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib
16 Dekabr 2025 17:39
Tülin Ələkbərova ilə bağlı qərar verildi
16 Dekabr 2025 17:21
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşdı - Tutuldu - VİDEO
16 Dekabr 2025 12:22
İrandan Azərbaycana 31 kq narkotik keçirmək istədilər
16 Dekabr 2025 10:52


Bakı -°C

