Gürcüstanda DTX rəisi istefa verdi
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qeka Geladze vəzifəsindən istefa vermək qərarına gəlib.
Adalet.az xəbər verir ki, Geladze bu barədə bəyanatında məlumat verib.
O bildirib ki, qərar siyasi komanda ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla belə, Geladze dövlət qulluğunda fəaliyyətini davam etdirəcək və başqa dövlət qurumunda çalışacaq.
"Gürcüstan DTX-nin rəisi vəzifəsini tərk etmək qərarına gəldim. Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmizə xidmət etmək imkanı idi", - deyə Geladze bildirib.
DTX rəisi həmçinin həmkarlarına birgə fəaliyyətə görə təşəkkür edib və yeni vəzifəsində də dövlətə xidmətini davam etdirəcəyini qeyd edib.
Digər Xəbərlər
14 Sentyabr 2026 12:54
"MKİ-nin rəhbəri Ukrayna danışıqlarında iştirak iştirak edir"
14 Sentyabr 2026 12:35
Zelenski baş prokurorun vəzifəsindən azad edilməsini tələb edir
14 Sentyabr 2026 11:57
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
14 Sentyabr 2026 11:23


Bakı -°C

