adalet.az header logo
  • Bakı -°C
14 Sentyabr 2026 11:57
48
DÜNYA
A- A+

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfər edəcəyi gözlənilir.

Adalet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə suriyalı həmkarı Əsəd Həsən əş-Şibani ilə görüşdən sonra bildirib ki, səfərin reallaşması üçün hazırlıq işləri aparılır.

Tərəflər siyasi, iqtisadi, diplomatik və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin enerji, təhsil, mədəniyyət və qaçqınların geri qayıtması məsələlərini müzakirə ediblər.

Fidan Türkiyə ilə Suriya arasında biznes və investisiyaların inkişafı üçün yeni mexanizmlərin yaradıldığını, türk investorların xüsusilə enerji və tekstil sektorlarına maraq göstərdiyini qeyd edib.

Qeyd edək ki, Ankara ilə Dəməşq arasında münasibətlər 2024-cü ilin dekabrında Suriyada əvvəlki hökumətin devrilməsindən sonra sürətlə inkişaf edib.