Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
İran və Ermənistan gömrük prosedurlarını sadələşdirmək və sərhəd keçidini sürətləndirmək məqsədilə kritik protokollar imzalayıblar.
Adalet.az “Armenia Today”ə istinadla xəbər verir ki, sentyabrın 12-də Culfada İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Farud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan arasında rəsmi görüş keçirilib.
Danışıqların nəticəsi olaraq tərəflər Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl dəhliz”in tətbiqi, kağız sənədləşmənin ləğv edilərək elektron məlumat mübadiləsinə (EDI və Pre-Arrival) keçilməsi barədə protokola imza atıblar. Bu addımın yük maşınlarının sərhəddə gözləmə müddətini və inzibati prosedurları kəskin azaldacağı gözlənilir.
Eyni zamanda, tərəflər Norduz-Mehri sərhəd məntəqəsinin birgə istifadəsi haqqında sazişin müddətini daha 10 il uzadıblar. Müzakirələr zamanı səlahiyyətli iqtisadi operatorların (AEO) statusunun qarşılıqlı tanınması da təsdiqlənib.
Digər Xəbərlər
24 Oktyabr 2026 08:59
Türkiyədə bələdiyyə sədri və oğlu SAXLANILDI
24 Oktyabr 2026 00:12
Murakami 74 yaşında öldü
23 Oktyabr 2026 23:44
Tramp "Starlink"lə bağlı Ukraynaya söz verdi
23 Oktyabr 2026 23:29
Məşhur çimərlik neftlə çirklənməyə görə BAĞLANDI - VİDEO
23 Oktyabr 2026 23:24
Türkiyə ordusu husilərlə münaqişəyə qoşulur? - Nazir
23 Oktyabr 2026 21:00
Üçüncü dəfə prezident olmaq istəyir - “Hüququm var”
23 Oktyabr 2026 20:40
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları deportasiya olundular
23 Oktyabr 2026 19:54


Bakı -°C

