Çempionlar Liqası: "Milan" və "Atalanta" mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Adalet.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
İtaliya təmsilçilərindən "Milan" və "Atalanta" turnirlə vidalaşıb. Bu komandalar, müvafiq olaraq, Niderlandın "Feyenoord" və Belçikanın "Brügge" klubları ilə duellərdən məğlub ayrılıb.
İlk matçda Şotlandiyada "Seltik"ə qalib gələn "Bavariya” Almaniyada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək, adını 1/8 finala yazdırıb.
Mərhələ adlayan digər komanda isə Portuqaliya "Benfika"sı olub. Lissabon təmsilçisi Fransada məğlub etdiyi "Monako" ilə doğma meydanda 3:3 hesablı bərabərliyə razılaşıb.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları:
18 fevral
21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
İlk oyun - 0:1
00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
İlk oyun - 1:0
00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
İlk oyun - 1:2
00:00. "Bavariya" (Almaniya) - Seltik" (Şotlandiya) - 1:1
İlk oyun - 2:1.
Qeyd edək ki, pley-off mərhələsinin digər 4 görüşü bu gün oynanılacaq.
Digər Xəbərlər
19 Aprel 2026 15:40
“Hakimlər Hidayətə çempion olmağa imkan vermədilər” - VİDEO
19 Aprel 2026 14:26
"Sabah"ın zədələnən oyunçusunun son durumu
19 Aprel 2026 12:59
Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq
19 Aprel 2026 12:00


Bakı -°C

