Lopez də Doq kimi erməniləri aldatmasa, İrəvanda konsert olacaq
Xəbər verdiyimiz kimi Qərb şou-biznesinin ən məşhur ulduzlarından biri Cennifer Lopez Qərbdə tənqid olunacağından və reputasiyasına xələl gətirə biləcəyindən ehtiyat edərək avqust ayında Rusiyada çıxış etməkdən imtina edib.
Cennifer Lopez reputasiyasından narahat olaraq Rusiyada 1 milyon dollara konsert verməkdən imtina edib.
Mənbənin sözlərinə görə, Rusiya tərəfi Lopezin Qazaxıstan, Özbəkistan və Ermənistanda konsert verməyi planlaşdırdığını biləndən sonra onunla maraqlanıb. Maş-ın məlumatına görə, müğənni və onun rəhbərliyi 3 ay əvvəl ən azı 1 milyon dollarlıq qonorar qarşılığında Moskvada konsert vermək üçün artıq razılığa gəliblər, verilişin tarixini müəyyənləşdiriblər, lakin sonradan qərarlarını dəyişiblər. Mənbənin sözlərinə görə, müğənni Rusiyada yalnız Ukraynada müharibə başa çatdıqdan sonra çıxış edəcək.
Adalet.az xəbər verir ki, ulduz müğənni konsert rpoqramını İrəvanda keçirəcək.
Xatırladaq ki, İrəvanda Amerikalı repçi, dünyanın ən məşhur ulduzlarından biri Snup Doqun konsertinin təşkili üçün hökumət 2,318 milyard dram( 6 milyon dollar) ayırmışdı. Konsert 23 sentyabr 2023-cü ildə Hrazdan stadionunda keçirilməli idi, konsert "artsax"da baş verən antiterror əməliyatı səbəbilə baş tutmadı. Daha sonra konsert 2024-cü ilə təxirə salındı və sonradan ləğv edildi. Daha sonra isə nə konsert oldu, nə də repçi pulu geri qaytardı.
Bir sözlə, “Dünya Ulduzun Erməni Turu” musiqi layihəsində “Snoop Dogg” sözlərinin “Cennifer Lopez” sözləri ilə əvəz edilməsi qərarını təsdiqləyib.
Qeyd edək ki, ulduzun konserti avqustun 3-də İrəvanda keçiriləcək.
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Dekabr 2025 12:12
Röya: “Ən düzgün olmayan sözüm odur”
27 Dekabr 2025 13:14
Gələn həftə bu seriallar yayımlanmayacaq
27 Dekabr 2025 13:02
"Başımı bağlamağımı istəsə, onu da edərəm"
25 Dekabr 2025 20:00
"Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi
24 Dekabr 2025 12:30
Şəbnəm Tovuzlu: “Özünə sənətkar deyib canlı oxuya bilməyən müğənni çoxdur”
24 Dekabr 2025 11:59
Xalq artisti: “Hər paltarımın bir xatirəsi var”
24 Dekabr 2025 11:34
Samiraldo: “İndiyə qədər nə qadın, nə də kişi sevgilim olub”
23 Dekabr 2025 16:37


Bakı -°C

