28 Iyun 2024 16:04
447
GÜNDƏM

Cənnət Dərəçiçək - Mahalımız Hrazdan, kəndimiz Tsağkadzor olarsa... 

Bəlkə də bir çoxunuzun Dərəçiçək mahalı haqqında məlumatdan xəbəri yoxdur. Cənnətin bir parçasını andıran bu mahalımızı ermənilər Hrazdan adlandırır.
Erməni saytlarını araşdırarkən bu mahal haqqında məlumatlar qarşıma çıxdı və istədim ki, mənim öyrəndiklərimi siz də biləsiniz.
Əvvəlcə xəbəri oxuyaq:

Deməli erməni saytları yazır ki, Tsağkadzordakı "Qızıl Saray" (“Golden Palace”) mehmanxana kompleksi əsl sahibinin adını gizlətmək üçün ofşor şirkətdə qeydiyyata alınıb. Sonra bu mehmanxananın sahibləri eks gömrük komitəsinin keçmiş rəhbəri Armen Avetisyanın oğlu Artaşes Avetisyan və anasıdır.

Armen Avetisyanın belə bir mehmanxanaya sahib olmasında güclü korrupsiya əməli olduğu təsbit edildikdən sonra onu həbs edib mehmanxananı hərraca çıxartdılar. 2022-ci ildə “Qızıl saray” oteli Project Inter-invest” MMC-nin sahibi iş adamı Narek Nalbandyanın şirkətinə 5 milyard AMD-yə satılıb .

 

Üstündə qırğın olan  mehmanxanlı o kənd bizə nə deyir?


Uzun sözün qısası, dünyanı özünə heyran buraxan qədim yurdumuz, İrəvan xanlığının mahallarından biri olmuş Dərəçiçək mahalımız hazırda turizmin ən gözəl mərkəzlərindən birinə çevrilməkdədir.
Azərbaycan mənbələrində deyilir ki, Dərəçiçək mahal olmamışdan əvvəl, Ermənilər Qafqaza sürülməmişdən çox əvvəl İrəvan xanlığının tərkibinə olmuş Dərəçiçək kəndi idi. Əlibəy dağının ətəyində qədim məntəqə olaraq göz oxşayıbmış.

Tarixçilərimiz Vaqif  Arzumanlı və Nazim Mustafanın araşdırmalarında deyilir ki, 1728-ci ildən adı məlum olub. Əvvəl kənd kimi, sonra isə mahal olaraq azərbaycanlıların qədim məskəninə çevrilib. Kəndin adı 1946-cı ildə ermənicə Tsağkadzor adı ilə dəyişdirilib.
Sonra kənd ərazisi böyüyüb rayon olub. 1930-cu ilə qədər Aşağı Axta kəndinin adı ilə Axta rayonu idi. 1959-cu ildə Dərəçiçək rayonu Hrazdan rayonu adlandırılır.

 


Bununla bağlı Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində BakuTV yutub kanalında gedən verlişdə deyilir:"Osmanlı dövründə Dərəçiçək nahiyəsinin davamı olan Dərəçiçək mahalı İrəvan xanlığının tərkibinə daxil idi. Sonra mahal ərazisində Yeni Bəyazid qəzası təşkil olunub. Dərəçiçək İrəvan xanlığının Yeni Bəyazid qəzasında, yəni əsl adı Axta, sonra isə Hrazdan adlandırılan rayonda şəhər tipli qəsəbədir. Burada 1897-ci ildə azərbaycanlılar yaşayıb. Lakin XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunub və yalnız ermənilər, ruslar məskunlaşıblar. 1931-ci ildə burada cəmi 1859 nəfər, yəni 3,6 faiz, 1959-cu ildə 1779 nəfər, yəni 6,9 faiz, 1970-ci ildə 2089 nəfər, yəni əhalinin 4,9 faiz türk qalıb. 1931-ci ildə oğuz-türklərin yaşadığı kəndlərin sayı isə cəmi 9 olub. Hazırda isə burada ancaq ermənilər yaşayır”.


Tarixçi alimlərimizin araşdırmalarına görə,1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalında dağıdılmış kəndlərin siyahısı
1. Ada, 2. Kiçik Ördəkli, 3. Allahapənah, 4. Barat, 5. Qonaqgirməz, 6. Eşşəkquduran, 7. Çobangölü, 8. Keğan, 9. Maman, 10. Aydın, 11. Şakirbaşı, 12. Misxana, 13. Sutökülən, 14. Çiçəkli, 15. Pirpalıd, 16. Zeynalağa.
Mövcud olan kəndlər
1828-ci ildə Dərəçiçək mahalında mövcud olan kəndlərin siyahısı
1. Alparas, 2. Rövzanlar, 3. Gümüş (Dərəçiçək), 4. Ərzəkənd, 5. Dəllər, 6. Qabar Əli, 7. Bjni, 8. Solak, 9. Kaxsı, 10. Aqaara, 11. Makravəng, 12. Aşağı Axta, 13. Yuxarı Axta, 14. Gərnigov, 15. Rəndəməl, 16. Zəncirli, 17. Fərrux, 18. Babakişi, 19. Dəli Paşa, 20. Sərincan, 21. Tayçarıq, 22. Qorçulu, 23. Çopur Əli, 24. Dədəqışlaq, 25. Təkəli (Dərəçiçək), 26. Üləşik, 27. Qaraqala, 28. Qoruq Güney, 29. Yaycı, 30. Tutmaşen, 31. Tsaxkunk, 32. Şəhriz, 33. Çerçer, 34. Böyük Ördəkli, 35. Çubuxlu, 36. Tsaxmaberd, 37. Qomadzor

 Əntiqə Rəşid