28 Iyun 2024 17:51
443
GÜNDƏM

 Ermənistanın yollarını bərpa edir, 7 ton yardım çatdırır - "Sadiq" Rusiya

Rusiya Müdafiə Nazirliyi sel və daşqın nəticələrinin aradan qaldırılmasında Ermənistana kömək etməyə hazır olduğunu hələ may ayında bildirmişdi.
Adalet.az
xəbər verir ki, “Rusiya Humanitar Missiyası” təşkilatı daşqından zərər çəkən Lori Axtala və Karkop yaşayış məntəqələrinə 7 ton humanitar yardım çatdırıb.
Bu barədə “Rossotrudniçestvo”nun Ermənistandakı mətbuat xidməti məlumat yayıb.

“Yerli sağlamlıq mərkəzi üçün nəzərdə tutulan elektrik generatoru zədələnib, ərzaq və şəxsi gigiyena vasitələri olan 500 humanitar dəst də götürülüb. Bir hissəsi əvvəlcədən təyin olunmuş məntəqələrdə, digər hissəsi isə ahıllar və əlillər üçün xüsusi ünvanlara çatdırılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya hətta zərər çəkmiş yolların təmirində də iştirak etmək fikrində olduğunu iyun ayının əvvəlində açıqlamışdı. Beləki, Ermənistanın baş naziri Nikol Paşinyan Lori və Tavuş bölgələrində daşqınlar nəticəsində zədələnmiş dəmir yolunun tikintisi ilə bağlı Rusiya ilə razılıq əldə olunduğunu elan etmişdi.

 Əntiqə Rəşid