"Cərrahi əməliyyatların sayı 89 faiz artıb" - Nazir
"İcbari tibbi sığortanın tətbiqi səhiyyədə əsaslı dönüşü təmin edib. Səhiyyə sistemində yeni maliyyələşdirmə mexanizminin tətbiqi nəticəsində əhalinin bir sıra tibbi xidmətlərə əlçatanlığı fantastik şəkildə artırılıb".
Adalet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə deyib.
O bildirib ki, 3315 tibbi xidməti xidmətlər zərfinə daxil edilib: "Cərrahi əməliyyatların sayı 89 faiz artıb. Bu onu göstərir ki, əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərə biləcək tibbi infrastruktur mövcuddur. Son illərdə tətbiq olunmuş icbari tibbi sığortanın uğuru bizi ilkin tibbi sanitariya yardımının yenidən qiymətləndirərək lazım olan tədbirlər görməyə vadar edir. İlkin tibbi sanitariya yardımı dünyada istəlinən səhiyyəy ayrılmış xərclərə nəzarət edən, həmin xərclərin optimal şəkildə istifadəsini təmin edən sütunlardan biridir".