Ceyhun Bayramov: Azad edilmiş ərazilər yenidən qurulur
Ceyhun Bayramov WUF13 çərçivəsində bildirib ki, azad edilmiş ərazilərdə aparılan yenidənqurma təkcə dağıdılmış məkanların bərpası deyil, həm də regionda dayanıqlı sülh və iqtisadi inkişafın gücləndirilməsidir.
Adalet.az xəbər verir ki, onun sözlərinə görə, şəhərsalma yalnız fiziki tikinti deyil, eyni zamanda iqtisadi, sosial, institusional və rəqəmsal transformasiya prosesidir.
Nazir qeyd edib ki, Azərbaycan COP29 kontekstində şəhərləri iqlim gündəliyinin əsas mərkəzlərindən birinə çevirib və onları həm emissiya mənbəyi, həm də iqlim həllərinin platforması kimi görür.
O vurğulayıb ki, ölkə öz coğrafi mövqeyini üstünlüyə çevirərək regional əməkdaşlıq və inteqrasiyanın vacib mərkəzinə çevrilib.
C. Bayramovun sözlərinə görə, bağlantılılıq yalnız nəqliyyat deyil, həm də investisiya, əmək bazarı, sənaye və iqlim dayanıqlılığını əhatə edən geniş anlayışdır.
Azad edilmiş ərazilərdə doqquz yaşayış məntəqəsi müasir şəhərsalma, yaşıl enerji və ağıllı idarəetmə prinsipləri ilə yenidən qurulur.
O bildirib ki, indiyədək bərpa işlərinə təxminən 15 milyard dollar ayrılıb və bu, Azərbaycanın sülh və sabitliyə sadiqliyini göstərir.
Nazir həmçinin mina təhlükəsini əsas maneə kimi dəyərləndirib: ərazilərdə 1,5 milyondan çox mina və partlamamış sursat mövcuddur.
Yeni infrastruktur layihələrinin isə regionu Avropa–Asiya əlaqələrində daha aktiv iqtisadi məkana çevirəcəyi qeyd olunub.
Sonda o vurğulayıb ki, şəhərlər həm iqtisadi inkişafın, həm də sülh və dayanıqlılığın əsas dayağıdır.
Digər Xəbərlər
19 May 2026 14:12
"Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir" - Hikmət Hacıyev
19 May 2026 14:03
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19 May 2026 13:47
Prezident İqor Sergeyenkonu qəbul etdi - FOTOLAR
19 May 2026 10:46
"Bakı qlobal urbanizasiyaya töhfə verməkdədir”
19 May 2026 09:51
“Bu siyasət Rusiyanın qonşu ölkələrlə münasibətlərində etimadsızlığı artırır...”
19 May 2026 09:15
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşıldı
19 May 2026 09:08
İlham Əliyev Yaxın Şərqdəki müharibədən danışdı
19 May 2026 09:07


Bakı -°C

