Ceyhun Bayramov Baş katiblə görüşdü
Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Müsəlman Ağsaqqalları Şurası ilə əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, beynəlxalq səviyyədə İslam dininə qarşı təhdidlər, dini həmrəylik məsələləri müzakirə olunub.
Nazir ölkəmizin İslam dünyasında birlik və həmrəyliyin təşviqinə böyük əhəmiyyət verdiyini, bu istiqamətdə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə qarşılıqlı dəstək və əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
Ölkəmiz tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi, o cümlədən İslamofobiya kimi təhlükəli tendensiyalarla mübarizə istiqamətində həyata keçirilən layihələrdən bəhs edən nazir Ceyhun Bayramov, bəzi Qərb ölkələrində İslam əleyhinə aparılan siyasətin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Baş katib Məhəmməd Əbdülsalam Azərbaycanın İslam dünyasında əməkdaşlığa verdiyi töhfələrin, eləcə də postmünaqişə dövründə sərgilədiyi mövqe və sülh təşəbbüsü ilə çıxış edən tərəf olmasının təqdirəlayiq hesab edildiyini diqqətə çatdırıb. Ötən ilki təcrübəyə uyğun olaraq, bu il də COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə ilə əlaqədar dini liderlər tərəfindən birgə təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətli olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
05 Oktyabr 2026 10:42
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
05 Oktyabr 2026 10:23
İran Azərbaycana qarşı davranışının cavabını almalıdır – Politoloq
05 Oktyabr 2026 10:23
“O, Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır...”
05 Oktyabr 2026 09:00
ƏDALƏTİN BƏRPASI: AZƏRBAYCANIN SUVERENLİYƏ APARAN YOLU
04 Oktyabr 2026 23:51
Prezident həftəsi - VİDEO
04 Oktyabr 2026 18:10
"Hər kəs ağlını başına yığıb yerində otursun, Azərbaycan suveren dövlətdir" - Hulusi Kılıç
04 Oktyabr 2026 17:17
“Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı”
04 Oktyabr 2026 11:33


Bakı -°C

