Ceyhun Bayramov: “Ermənistanın təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə maneədir”
“Ermənistanın davamlı təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə maneədir”.
Adalet.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 30-da rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilərkən deyib.
Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 17:28
Baş prokuror Rusiya Ali Məhkəməsinin sədri ilə görüşdü
29 Sentyabr 2026 14:27
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29 Sentyabr 2026 12:33
"U-15 və U-20 dünya çempionatına hazırlıq yüksək səviyyədə aparılır" - İlham Əliyev
29 Sentyabr 2026 12:17
İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - FOTOLAR
29 Sentyabr 2026 10:50
“Azərbaycanın torpağı nədir ki, gürcü keşişi də göz dikib”
29 Sentyabr 2026 10:12
“SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur”
28 Sentyabr 2026 22:45
Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət
28 Sentyabr 2026 18:42


Bakı -°C

