Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı
Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.
Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib.
Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
13 May 2026 14:08
Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında
13 May 2026 13:47
Slovakiya Prezidenti iyulda Azərbaycana səfər edəcək
13 May 2026 12:05
Rixard Raşi Zəfər parkını ziyarət etdi - FOTOLAR
13 May 2026 11:45
Prezident Rixard Raşini qəbul etdi - FOTOLAR
13 May 2026 10:55
Azərbaycanla Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib
13 May 2026 10:43
Zakir Həsənovun Slovakiyaya səfəri davam edir
13 May 2026 09:46
“İran xalqı “Hörmüz” ilgəyini Trampın öz boğazına keçirməyi bacardı”
13 May 2026 09:30


Bakı -°C

