adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 09:54
85
SİYASƏT
A- A+

Ceyhun Bayramov İtaliya rəsmiləri ilə şam yeməyinə qatılıb

Xarici işlər naziri Ceyhun Bayramov Romada Azərbaycan Mədəniyyət Mərkəzində İtaliya Respublikasının yüksək vəzifəli rəsmiləri ilə səmimi və məhsuldar işgüzar şam yeməyinə qatılıb.

Bu barədə Adalet.az-a XİN-dən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan–İtaliya strateji tərəfdaşlığının ardıcıl genişlənməsi, xüsusilə siyasi dialoq, enerji əməkdaşlığı, ticarət, nəqliyyat əlaqələri, mədəniyyət və təhsil sahələri müzakirə olunub.

Hər iki tərəf bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə və ölkələrimiz arasındakı uzunmüddətli dostluğun daha da möhkəmləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.