adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 18:13
52
SİYASƏT
A- A+

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.

Adalet.az 
xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X-də paylaşım edib.

Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.

Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.