Prezident İslamiadada ən yüksək nəticələr göstərmiş idmançıları mükafatlandırdı
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncamla Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 900 000 manat vəsait ayrılıb.
Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 gün müddətində hazırlayıb təsdiq etməli, bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Digər Xəbərlər
26 Noyabr 2025 15:46
Prezident nazir müavinlərinə ali xüsusi rütbə verdi
26 Noyabr 2025 11:40
Azərbaycan və Ermənistan parlament nümayəndələri İstanbulda nə barədə danışıblar?
26 Noyabr 2025 11:16
Bakı kimi Ər-Riyad da böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir - FOTOLAR
26 Noyabr 2025 10:11
Pakistanın Baş naziri Mikayıl Cabbarovu qəbul etdi- FOTOLAR
26 Noyabr 2025 09:33
Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və TŞ-nın sənədi kimi yayımlanıb
25 Noyabr 2025 20:09
Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşüb - YENİLƏNİB
25 Noyabr 2025 18:07
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüb
25 Noyabr 2025 17:53


Bakı -°C

