adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 16:05
58
MƏMLƏKƏT
A- A+

Kəlbəcər şəhərinə köçən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub.

Adalet.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülüb.

Qeyd edək ki, köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

***

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

Adalet.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə, 27 ailə (112 nəfər) köçürülüb.

Qeyd edək ki, köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

08:42

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Adalet.az xəbər verir ki, Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 112 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.