Günay Ağamalıdan AÇIQLAMA: "O mənim qızım deyil"
Deputat Günay Ağamalı ailə üzvləri barədə yayılan məlumatlarla bağlı açıqlama verib.
Adalet.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a danışan deputat yayılan görüntülərin ailəsinə aid olmadığını və bunun məqsədli şəkildə təşkil edilmiş qara-piar kampaniyasının tərkib hissəsi olduğunu bildirib.
Günay Ağamalının sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan video süjetdəki şəxsin onun övladı ilə heç bir əlaqəsi yoxdur:
“Videodakı şəxs mənim övladım deyil. Bu, sifarişlə hazırlanmış qərəzli və manipulyativ kampaniyadır. Kadrlardakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun ailəmizlə heç bir bağlılığı yoxdur”.
Deputat vurğulayıb ki, şəxsi həyata dair saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi ailəsinə, övladlarına və fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirilir və bu, hüquqi və mənəvi cəhətdən yolverilməzdir.
O, Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququnun qorunmasının vacibliyinə diqqət çəkərək media qurumlarını və məlumatı təhrif edən şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Günay Ağamalı əlavə edib:
“Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Atdığımız hər addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və belə də davam edəcək”.
Deputat media subyektlərini və ictimaiyyəti yayılan məlumatlara həssaslıqla yanaşmağa və təsdiqlənməmiş iddiaları paylaşmamağa səsləyib.
Digər Xəbərlər
26 Noyabr 2025 16:16
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı azaldı
26 Noyabr 2025 15:29
“AzerGold” QSC-də “Yüksəliş” müsabiqəsi çərçivəsində növbəti mentorluq görüşü keçirilib
26 Noyabr 2025 14:57
Ermənilərin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? - VİDEO
26 Noyabr 2025 14:55
"Allah sizi başımızın üstündən əksik etməsin" - Milli Qəhrəmanın anası
26 Noyabr 2025 12:45
"Orta Dəhliz boyunca infrastrukturu inkişaf etdirməyə davam edirik" - ADY sədri
26 Noyabr 2025 11:54
“Bu yumurtalardan insanlar ciddi xəstəliklərə tutula bilərlər...” - Ekspert
26 Noyabr 2025 11:46
Azərbaycanın səhiyyə naziri XI Türk Tibb Dünyası Qurultayında çıxış edib - FOTOLAR
26 Noyabr 2025 11:41


Bakı -°C

