Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikan Dövlətinə rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallager (Paul Richard Gallagher) ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər inkişaf etməkdə olan Azərbaycan-Vatikan münasibətlərini nəzərdən keçirib, konstruktiv dialoqu, qarşılıqlı hörməti və dinlərarası anlaşmanın, eləcə də qlobal sülh təşəbbüslərinin təşviqi istiqamətində fəal əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Həmçinin siyasi dialoqun daha da gücləndirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də birgə beynəlxalq layihələrin irəlilədilməsi məqsədilə yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan ərazisində həyata keçirilən dini və mədəni irsin qorunması və bərpasına dair uğurlu layihələri müzakirə edərək bunun dünya dini və mədəni irsinin mühafizəsinə mühüm töhfə olduğunu vurğulayıblar.
Azərbaycanın dini abidələrin qorunmasına və multikulturalizmin təşviqinə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə uzun illərdir sadiqliyi də xüsusi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesində əldə olunan irəliləyiş, Vaşinqton sammitində imzalanmış tarixi razılaşmaların icrası və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri diqqət mərkəzində olub.
Digər Xəbərlər
25 Noyabr 2025 15:17
Bruney-Darüssalamın Sultanı İlham Əliyevi təbrik etdi
25 Noyabr 2025 12:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
25 Noyabr 2025 12:01
“Kəlbəcər döyüşlə düşmən tapdağından xilas edilsəydi...”
25 Noyabr 2025 12:00
“Dünya hələ də yüksək səviyyədə təşkil olunan COP 29-dan danışır”
25 Noyabr 2025 11:58
Azərbaycan bu ölkə ilə məxfi məlumatların mübadiləsini aparacaq
25 Noyabr 2025 11:52
Diplomatik və xidməti pasport sahibləri bu ölkələrə vizasız gedəcək
25 Noyabr 2025 11:20
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib
25 Noyabr 2025 11:07


Bakı -°C

