Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Noyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
15 Dekabr 2025 19:00
TƏBİB rəhbərindən nöqsanlarla bağlı xəbərdarlıq
15 Dekabr 2025 18:42
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına QƏRAR VERİLDİ
15 Dekabr 2025 18:39
Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat
15 Dekabr 2025 17:39
"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirildi
15 Dekabr 2025 15:34
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
15 Dekabr 2025 15:31
Prezidentin general-leytenant rütbəsi verdiyi Adil Abdullayev kimdir?
15 Dekabr 2025 14:17
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
15 Dekabr 2025 11:49


Bakı -°C

