Bruney-Darüssalamın Sultanı İlham Əliyevi təbrik etdi
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Adalet.az-ın məlumatına görə, məktubda deyilir:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri.
Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcəkdir.
Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və daha geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.
Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin.
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".
Hacı Həssənal Bolkiah
Bruney-Darüssalamın Sultanı
Digər Xəbərlər
25 Noyabr 2025 15:45
Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşüb
25 Noyabr 2025 12:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
25 Noyabr 2025 12:01
“Kəlbəcər döyüşlə düşmən tapdağından xilas edilsəydi...”
25 Noyabr 2025 12:00
“Dünya hələ də yüksək səviyyədə təşkil olunan COP 29-dan danışır”
25 Noyabr 2025 11:58
Azərbaycan bu ölkə ilə məxfi məlumatların mübadiləsini aparacaq
25 Noyabr 2025 11:52
Diplomatik və xidməti pasport sahibləri bu ölkələrə vizasız gedəcək
25 Noyabr 2025 11:20
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib
25 Noyabr 2025 11:07


Bakı -°C

