“Dünya hələ də yüksək səviyyədə təşkil olunan COP 29-dan danışır”
Dünya iqlim dəyişikliklərilə mübarizəni davam etdirir. COP 30 da artıq başa çatdı. Türkiyə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliya isə Danışıqların Prezidenti seçildi. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Azərbaycan COP31-in iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcəyinə əminliyini bəyan edib.
Amma dünya hələ də yüksək səviyyədə təşkil olunan COP 29-dan danışır. COP29-un ev sahibi kimi Azərbaycan beynəlxalq tədbir təşkilatçılığında yeni standart təqdim etdi. Ölkəmiz beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, qlobal iqlim diplomatiyasının təşviqində getdikcə daha böyük rol oynamaqdadır. Azərbaycan COP prosesinə sadiqdir. Ötən il rəqabətli prioritetlər və geosiyasi çağırışlar fonunda keçirilən COP29 uğurlu platforma kimi taixə düşdü.
Bir ildən az vaxtda həyata keçirilən təşkilatçılıq işləri BMT başda olmaqla bütün iştirakçıları məmnun etdi. Azərbaycan dünyanın iqlim və ekoloji dəyişikliklərlə mübarizə sahəsində ən nüfuzlu tədbiri sayılan Tərəflər Konfransına (COP29) ev sahibliyi edərək və təşkilatçılığı uğurla həyata keçirərək, böyük nailiyyətə imza atdı. Konfrans günlərində Azərbaycan yüksək təşkilatçılıq bacarığını, müasir texnoloji potensialını bir daha nümayiş etdirdi. Bütün iştirakçılar da bildirdi ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzlu mövqeyi onu son illərdə yüksəksəviyyəli konfranslar və beynəlxalq tədbirlər üçün əsas məkanlardan birinə çevirib.
Bakıda keçirilən COP29-da təxminən 70 min iştirakçı var idi. Braziliya ən azı 45000 iştirakçı gözləsə də yerləşmə məsələləri ilə əlaqədar olaraq, bəzi ölkələr nümayəndə heyətinin tərkibini azaltmaq məcburiyyətində qaldı. Eyni zamanda 30-dan çox ölkə COP30 Sədrliyinə məktub ünvanlayaraq, yekun sənədin yenidən işlənməsini və mədən yanacaqlarından imtina üçün ədalətli, ardıcıl və bərabər keçidi təmin edən konkret “yol xəritəsi”nin mətnə salınmasını tələb edib.
COP29 isə iqlim dəyişikliyi ilə mübarizədə uğurlu platforma kimi tarixə düşdü. 2 həftə davam edən müzakirələr boyu hər kəs Bakı COP-un digər COP-lardan fərqli olduğunu dilə gətirirdi. Təsadüfi deyil ki, kiçik ada dövlətlərinin səsi ilk dəfə COP29-da eşidildi. Bakıda əldə olunan razılaşmalar köməyə ehtiyacı olan ölkələrin maliyyəyə əlçatanlığını təmin edəcək.
Azərbaycanın ən böyük üstünlüklərindən biri də yüksək səviyyəli təhlükəsizlik tədbirlərini təmin etməsi idi. Müqayisə üşün COP30-un mənzərəsinə diqqət yetirsək, burada etirazlar, müxtəlif insidentlər, yanğın hadisəsi və s. qlobl miqyasda tədbirlərə qüsursuz ev sahibliyi məsələsini yenidən gündəmə gətirdi. Bu xüsusda Azərbaycan əsl nümunə sərgilədi. Buna görə də bütün tərəflər Azərbaycanı yekdilliklə təşkilatçılıq üçün təbrik etdilər. Bu uğur, tədbirin yüksək səviyyədə təşkil olunmasının təsdiqi və Azərbaycanın liderlik bacarığının göstəricisi idi.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
25 Noyabr 2025 12:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
25 Noyabr 2025 12:01
“Kəlbəcər döyüşlə düşmən tapdağından xilas edilsəydi...”
25 Noyabr 2025 11:58
Azərbaycan bu ölkə ilə məxfi məlumatların mübadiləsini aparacaq
25 Noyabr 2025 11:52


Bakı -°C

