“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradıldı
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, “Ərzaq təminatı xəritəsi” informasiya sistemi ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edir, sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
Nazirlər Kabineti “Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Digər Xəbərlər
25 Noyabr 2025 17:57
Rusiyada azərbaycanlı iş adamının dəniz limanı müsadirə edilib
25 Noyabr 2025 17:06
TDT nazirləri Bakıda toplanır
25 Noyabr 2025 16:55
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək - FOTO
25 Noyabr 2025 16:50
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Noyabr 2025 16:26
Nazirlər və komitə sədrlərinin qəbuluna getmək istəyənlərin NƏZƏRİNƏ!
25 Noyabr 2025 15:41
Metropoliten üçün Fransadan 172 min manatlıq sifariş edildi
25 Noyabr 2025 13:44
101 nəfər Azərbaycana readmissiya edilib
25 Noyabr 2025 12:46


Bakı -°C

