adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 17:36
72
İDMAN
A- A+

Kurtua Çempionlar Liqasının oyununu buraxacaq

İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Yunanıstan təmsilçisi “Olimpiakos”la keçiriləcək oyunu buraxacaq.

Adalet.az xəbər verir ki, tibbi müayinələrdən sonra belçikalı qolkiperə mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o, Yunanıstana yollanmayacaq və həkimlərin nəzarəti altında olacaq.

Qeyd edək ki, noyabrın 26-dan 27-nə keçən gecə Georgios Karaiskakis stadionunda təşkil olunacaq “Olimpiakos” - “Real Madrid” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.