adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2025 18:55
76
İDMAN
A- A+

Azərbaycan idmanına ağır itki

Azərbaycan güləş ictimaiyyətinə ağır itki üz verib.

Adalet.az xəbər verir ki, anınmış idman xadimi və beynəlxalq dərəcəli hakim Məkan Zalov 85 yaşında dünyasını dəyişib.

Zalov Monreal-1976 və Moskva-1980 Olimpiya Oyunlarında güləş yarışlarını idarə edib, həmçinin ölkəmizdə bu idman növünün inkişafına mühüm töhfələr verib.

Məkan Zalov uzun illər hakimlik fəaliyyəti ilə yanaşı, güləşin təşkilati və hakim hazırlığı sahəsində də böyük nüfuz qazanmış şəxsiyyətlərdən biri kimi xatırlanır.