adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2025 11:25
52
İDMAN
A- A+

“Valensiya” “Levante”ni məğlub etdi

İspaniyanın La Liqasında 13-cü turun “Valensiya” – “Levante” qarşılaşması başa çatıb.

Adalet.az xəbər verir ki, Valensiyada oynanan matç meydan sahiblərinin 1:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Oyunun yeganə qolunu 79-cu dəqiqədə Uqo Duro vurub.

Bu nəticədən sonra “Valensiya” 13 xalla turnir cədvəlində 15-ci, “Levante” isə 9 xalla 19-cu pillədə qərarlaşıb.

Növbəti turda “Valensiya” 1 dekabrda səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq, “Levante” isə 29 noyabrda evdə “Atletik Bilbao” ilə oynayacaq.