Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub - YENİLƏNİB + FOTOLAR
Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə iki ölkə arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə ölkələr arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
Strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.
***
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib.
Adalet.az Serbiya mətbuatına istinadən xəbər verir ki, nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
Mükafatlandırma mərasimində C.Bayramov vurğulayıb ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdurlar.
O, həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyinin bariz nümunəsidir.
Qeyd edək ki, C.Bayramov Serbiyada səfərdədir. Səfər çərçivəsində nazirin Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Digər Xəbərlər
21 Mart 2026 10:29
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
19 Mart 2026 13:00
“Bu tonqalda yanıb külə dönən isə yüzilliklərin məkrli planlarıdır”
19 Mart 2026 12:56
Bayram günlərinin HAVASI
19 Mart 2026 12:54


Bakı -°C

