Ceyhun Bayramovla İshaq Dar arasında görüş keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə pakistan həmkarı İshaq Dar arasında görüş keçirilib.
Bu barədə Adalet.az Pakistan XİN başçısının "X" sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.
Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiq edib və yüksək səviyyəli fikir mübadiləsinin əhəmiyyətini qeyd ediblər.
"Biz yüksək səviyyəli son mübadilələrin ikitərəfli əlaqələrimizi daha da gücləndirdiyini təsdiq etdik və müxtəlif sektorlarda əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi ifadə etdik", - paylaşımda qeyd olunur.
İshaq Dar Azərbaycanı sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik edib və ölkənin İƏT-in fəaliyyətindəki fəal rolunu yüksək qiymətləndirib.
Xatırladaq ki, bu gün Xankəndi ilk dəfə ECO liderlərinin sammitinə ev sahibliyi edəcək. Tədbirdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.
Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.
Digər Xəbərlər

Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

İlham Əliyev Xankəndidə Ərdoğanla görüşdü

"Qarabağ Azərbaycandır!" - Ersin Tatar

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB

Sadır Japarovun Azərbaycana səfəri başa çatdı

İlham Əliyev Xankəndidəki Zirvə görüşündə çıxış etdi - VİDEO + YENİLƏNİB
