14 Oktyabr 2025 16:26
109
SİYASƏT

Ceyhun Bayramovla nələri müzakirə etdiyini açıqladı

"Misirdə Azərbaycanın xarici işlər naziri ilə görüşümüz zamanı humanitar məsələlərə xüsusi diqqət yetirməklə nizamlanma prosesinin geniş miqyasını müzakirə etmək imkanımız oldu". 

Adalet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, sözügedən görüş zamanı Vaşinqton razılaşmaları da müzakirə olunub. Bildirilib ki, tərəflər bir-birləri arasında bütün nəqliyyat və kommunikasiya infrastrukturunun blokdan çıxarılması barədə razılığa gəliblər: "Dəmir yolunun Ermənistanın cənubundan keçən hissəsi TRIPP adlanacaq. Bu hissədə və ümumilikdə blokada müəyyən prinsiplər çərçivəsində həyata keçiriləcək, bunlara ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, infrastruktur üzərində ölkələrin yurisdiksiyası və qarşılıqlılıq daxildir. 

XİN rəhbəri həmçinin qeyd edib ki, Ermənistan dəmir yolunun TRIPP hissəsinin texniki həlləri Ermənistan və ABŞ tərəfindən dəqiqləşdirilməlidir: "Avqust ayından hər iki tərəf bu istiqamətdə fəal işləyir. Yekun həllər təsdiq edildikdən sonra bu hissənin tikintisi və sonrakı istismarı ilə erməni-amerikan birgə şirkətin məşğul olması planlaşdırılır. Hazırda dərc edilmiş sazişlər təsdiqlənib, qalan detallar hələ də dəqiqləşdirilməli və ictimaiyyətə açıqlanmalıdır".