14 Oktyabr 2025 19:52
112
DÜNYA

İsrail "Rəfah" keçid məntəqəsini açmayacaq

İsrail atəşkəs razılaşmasında nəzərdə tutulduğu halda, Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" sərhəd keçid məntəqəsini sabah açmamağa qərar verib.

Adalet.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

İsrail tərəfi bu qərarı HƏMAS-ın ölən girovların meyitlərinin hamısının qaytarılması ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırır.

HƏMAS-a qarşı sanksiyalar çərçivəsində İsrail həmçinin Qəzza zolağına göndərilən humanitar yardımın həcmini azaldacaq.

"Dünən qruplaşma sağ qalmış 20 girovu azad edib və həlak olmuş dörd girovun meyitini təhvil verib, 24 meyit isə Qəzzadadır", - məlumatda bildirilib.