14 Oktyabr 2025 20:22
117
DÜNYA

Putin Türkiyəni təhdid edib? - AKP-dən reaksiya

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Rusiya Prezidenti Vladimir Putinin Türkiyəni təhdid etməsi barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Adalet.az xəbər verir ki, bu barədə Çelik partiyanın idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, müxalifətin uydurmasıdır:

"Dedi-qodu kimi qiymətləndirə biləcəyimiz, dünyada da kimsənin ciddi qəbul etmədiyi fikirlərdir".