adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 15:07
74
ƏDƏBİYYAT
A- A+

Çığıra-çığıra jurnalist olanlar - Pərvanə Bayramqızı yazır

Müxbirlərin əlindən akademiyanın bağına çıxmaq olmur. Getdiyin yerdə, hətta telefonla danışdığın vaxt qəfil qarşında peyda olub mikrofonu uzadırlar: salam, biz gəldik. Dönüb getmək istəyəndə arxadan biri uzadır: biz də burdayıq. Sağa qaçırsan böyründən çıxırlar, sola getmək də ki ümumiyyətlə, olmaz. İndi neynəyək, bütün gün bağda quş kimi ötək?

Telefonla danışdığına məhəl qoymayıb mikrofon uzadan jurnalisti bağışlamaq olmaz. Belə ədəbsizliyi digər qanmazlara keçmək olar, təsəlli alarsan ki, beyni işləmir, düşünmək qabiliyyəti, mədəniyyəti yoxdur, jurnalist isə nəzərə almalıdır ki, telefonda məlumat verilir, işlə bağlı danışıqlar olur, diqqətlə dinləmək lazımdır, belə bir məqamda mane olmaq təhqirlə üzləşməyə gətirib çıxarar. Telefondakı şəxs elə biri ola bilər ki, ona bir də bir aydn sonra zəng etmək imkanı qazana bilərsən. Əlinə düşən fürsəti havayı buraxmağına səbəb olan şəxsə nə desən haqqın çatar. 

Bir müddət sonra bəzi jurnalistlərin öyünmək üçün söyləyə biləcəyi fikir belə olacaq: mən jurnalistikaya elə-belə gəlməmişəm ee, bu peşəyə çığıra-çığıra gəlmişəm. Jurnalistikanın sirlərini həyasızlığımdan öyrənmişəm. Məni ilk dəfə mətbuata bağırtım boğazımdan tutub sürüyə-sürüyə gətirib. Hər dəfə abırsızlığımın faydasını görəndə qərara aldım ki, mən jurnalist olmalıyam.

 "Karoçi", mən mətbuat üçün yaranmışam, ağıllı olun.